Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanlı idmançı proteindən öldü

Azərbaycanlı idmançı proteindən öldü


18-05-2017, 16:20. Yazar: Xeberaz

 Ağdam rayon sakini protein qəbul etməsi nəticəsində dünyasını dəyişib.
Xəbəraz.az report-a istinadən xəbər verir ki, rayonun "Dörd yol - 2" qəsəbəsində məskunlaşan Ağdam rayon sakini 36 yaşlı Sabir İbrahimov qəflətən səhhətinin kəskin pisləşməsi nəticəsində Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, 36 yaşlı gəncin qara ciyəri sıradan çıxıb. Həkimləri səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının sözlərinə görə, Sabir İbrahimov 10 ilə yaxın idmanla məşğul olub. Ağır çəkili daşlardan istifadə edən gənc idmançı mütəmadi olaraq "Protein" vitamini qəbul edirmiş. İki azyaşlı övlad atası olan idmançının ölümündə səbəb vitamini həddindən artıq qəbul etməsi olub.

Geri dön