Ana Sayfa > Karusel / Gündəm / İdman > İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan yığması finala yüksəlib

İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan yığması finala yüksəlib


17-05-2017, 19:25. Yazar: Xeberaz

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası finala yüksəlib.

Faiq Qarayevin baş məşqçi olduğu komanda yarımfinalda Tacikistanı asanlıqla üstələyib - 3:0 (25:16, 25:10, 25:6).
Finalda rəqib Türkiyə - Qırğızıstan görüşünün qalibi olacaq. Həlledici qarşılaşma mayın 18-də saat 19:30-da başlayacaq. 


Geri dön