Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Azərbaycanlı müğənni xəyanətin qurbanı oldu – VİDEO

Azərbaycanlı müğənni xəyanətin qurbanı oldu – VİDEO


17-05-2017, 16:19. Yazar: Xeberaz


Azərbaycanlı müğənni Nurəli Cavadov yaradıcılığında yenilik edib.Xəbəraz.az-a açıqlama verən ifaçı bildirib ki, söz musiqisi özünə məxsus “Dostum qayıdıb” adlı yeni mahnı oxuyub: “Bu günə qədər yaradıcılığımda bir çox yeniliklər etmişəm. Amma nədənsə işlərimi reklam etməkdən çəkinmişəm. Artıq bu xarakterimi özümdən uzaqlaşdırmaq istəyirəm. İndi bu gün yeni mahnımı təqdim edirəm. Dost mövzusunda yazdığım bu mahnının seviləcəyinə inanıram. Bu həyatda dost seçimimdə yanılan insanlardanam. Bir şeyi əminliklə deyə bilərəm ki, pulun varsa, dostların da çox olacaq. İndiki zəmanədə təmənnalı dırnaqarası dostluq edənlər çoxdur. Dost bilib tanıdıqlarımın çoxu pis günümdə məni tərk etdilər. Bir sözlə xəyanətin qurbanı oldum. Artıq indi bilirəm təmənnasız dostum kimdir. Bu mahnı da dostluğu bacaran əsl dostlar üçün oxumuşam”.


Geri dön