Ana Sayfa > Karusel / Gündəm / İdman > İslamiada: Voleybol yığmamız yarımfinala yüksəldi

İslamiada: Voleybol yığmamız yarımfinala yüksəldi


17-05-2017, 16:05. Yazar: Xeberaz



Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışı davam edir.


Xəbəraz.az
xəbər verir ki, millimiz qrup mərhələsinin son oyununda Türkmənistanla qarşılaşıb. Buna qədər Pakistanı 3:0, Türkiyə yığmasını isə 3:2 hesabı ilə məğlub edən kişi idmançılarımız bu dəfə türkmənistanlı rəqiblərinə qalib gəliblər - 3:0.
Beləliklə, voleybol yığmamız qrup lideri kimi yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Geri dön