Ana Sayfa > Karusel / Şou-Biznes > "Özümə uyğun libas tapa bilmirəm" - 146 kiloqram çəkisi olan Xuraman

"Özümə uyğun libas tapa bilmirəm" - 146 kiloqram çəkisi olan Xuraman


17-05-2017, 12:16. Yazar: Xeberaz

Aktrisa Xuraman Əlizadə “Hər şey daxil” verilişinin qomağı olub.

Aktrisa geyimlərindən danışıb. Bir müddət əvvəl çəkisinin 146 kiloqram olduğunu açıqlayan X.Əlizadə ölçüsünə uyğun libas tapmaqda çətinlik çəkdiyini söyləyib:
“Əvvəl qısa geyinirdim. İndi uzun libaslara üstünlük verirəm, deyirlər, yaraşır. Paltarlarımı ancaq tikdirirəm. Mənim ölçümlə paltar tapmaq qeyri-mümkündür. Saç, makiyaj da özümə məxsusdur. Əgər bunu bacarıramsa, niyə onlar üçün əlavə pul xərcləyim ki... Büdcəmə qənaət etməyi bacarıram”.

X.Əlizadə qısqanclığından da söz açıb. O deyib ki, hədsiz qısqanc biridir, hətta buna görə problem də yaşayır:

“Proqrama gələndən kefim yoxdur, amma bunu tamaşaçılara göstərmirəm. Kənarda ağlasam da, efirdə gülürəm. Qısqanclığa gələndə isə... Məni sevməyən ölsün. Məndən qısqanc insan ola bilməz. Bu da mənə həyatımda problem yaradır, maneələr çıxarır. Hərdən deyirəm ki, bunu etmə, amma bacarmıram özümlə. Hər şeyin dərəcəsi olmalıdır, məndə isə bu yoxdur. Bu gün də həyatımı bu problemlə yaşayıram. Tək həyat yoldaşımı yox, anamı belə qısqanıram. Nəvələrinə bir az çox baxanda əsəbiləşirəm".



Geri dön