Ana Sayfa > Karusel / Hadisə > Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib, 35 nəfər təxliyə olunub

Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib, 35 nəfər təxliyə olunub


17-05-2017, 10:04. Yazar: Xeberaz


Bakıda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.



Geri dön