Ana Sayfa > Karusel / Hadisə > Bakıda qonşular arasında kütləvi dava: xəsarət alan var

Bakıda qonşular arasında kütləvi dava: xəsarət alan var


17-05-2017, 09:53. Yazar: Xeberaz




 
Bakının Sabunçu rayonunda qonşular arasında söyüş üstündə kütləvi dava baş verib.
 
 
Xəbəraz.az-ın Report-a istinadən xəbərinə görə, Maştağa qəsəbəsi, "Gülçülük Sovxozu" kimi tanınan ərazidə 1970-ci il təvəllüdlü Əliyev Həsən Yaşar oğlu qonşuluqda yaşayan şəxslərə söyüş söydükləri üçün irad tutub.
 
 
Nəticədə o, dörd nəfər tərəfindən küt alətlə döyülüb. H.Əliyev ağır kəllə-beyin travması və bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.






Geri dön