Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda DƏHŞƏT: oğul maşınla atasının üstündən keçib öldürdü

Azərbaycanda DƏHŞƏT: oğul maşınla atasının üstündən keçib öldürdü


16-05-2017, 12:59. Yazar: Xeberaz


 
Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb.Həmin gün saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədildiyi müəyyən edilib.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.(lent.az)
 
Faktla əlaqədar cinayət işi başlanılıb. 




Geri dön