Ana Sayfa > Karusel / İdman > Azərbaycanlı bombardirlər baxır, Ronaldo zirvəyə qalxır

Azərbaycanlı bombardirlər baxır, Ronaldo zirvəyə qalxır


16-05-2017, 12:09. Yazar: Xeberaz

eynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ilk 4 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə beynəlxalq oyunlarda ən azı 4 top vuranlar yer alıb.
 
Milli komanda və qitə kuboklarında vurulan qol sayında 50 futbolçu bunu bacarıb. Ötən ayla müqayisədə siyahının lideri dəyişib. Portuqaliya yığmasında 3, “Real”da 5 qol vuran Kriştianu Ronaldo ümumilikdə 8 topla cədvəlin 1-ci pilləsinə qalxıb.
 
Oman millisinin və bu ölkənin “Fanca” klubunun hücumçusu Abdul Əziz Al-Muqbali isə zirvəni əldən verib. O, yığmada 6 qol vurub.
 
Braziliyalı Junior Paulinyonun da hesabında 6 qol var. Çinin “Quançjou” klubunda çıxış edən futbolçu millidə daha az – 3 dəfə fərqləndiyi üçün omanlıdan geri qalır.
 
İFFHS-in cədvəlində Azərbaycan təmsilçiləri yer almayıb. Buna səbəb isə klublarımızın arxada qalan dövrdə beynəlxalq matç keçirməməsi, yığmamızın ümumilikdə 3 dəfə fərqlənməsidi.


Geri dön