Ana Sayfa > Karusel / Şou-Biznes > İlkin Həsəni “Bozbash pictures”dən getdi? – Açıqlama

İlkin Həsəni “Bozbash pictures”dən getdi? – Açıqlama


15-05-2017, 14:40. Yazar: Xeberaz

İlkin Həsəni “Bozbash pictures”dən getdi? –  açıqlama

Artıq son bir neçə həftədir ki, “Bozbash pictures”in yayımlanan bölümlərində Şəmi obrazını canlandıran İlkin Həsəninin rol almaması diqqət çəkib.
Məlumatına görə, aktyorun layihədən uzaqlaşması haqda söz-söhbətlər yayılıb.
İ.Həsəni əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. O bildirib ki, buna səbəb başının toya qarışması olub:
“Bölümlərimiz əvvəlcədən çəkilir və sonra efirə verilir. Bir neçə həftədir efirə gedən bölümlər mənim toya hazırlaşdığım vaxtlarda çəkilib. Ona görə də həmin çəkilişlərdə yer ala bilməmişəm. Artıq bu gündən yeni bölümləri çəkirik və mən də orada rol alıram”.
İ.Həsəni yeni film üzərində çalışdıqlarını da deyib:
“Bir neçə gündür komandamız bu məsələni müzakirə edirik. Bu yay da yeni film çəkməyi düşünürük. Tam fərqli bir ekran işi təqdim edəcəyik”.


Geri dön