Ana Sayfa > Karusel / Gündəm / İdman > Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazandı - FOTOLAR (YENİLƏNİR)

Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazandı - FOTOLAR (YENİLƏNİR)


15-05-2017, 14:21. Yazar: Xeberaz
Ruslan Lunyov İslamiadada üçüncü qızıl medalını qazandı - FOTOLAR
Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını qazanıb.
İdmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında çempion olub.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 50 metr məsafədən tapança ilə atəş açma yarışının finalçıları müəyyən olunub.
Azərbaycan idmançısı Rəsul Məmmədov 538 xalla finala vəsiqə qazanıb.
Digər idmançımız Rəhim Rəhimov təsnifat mərhələsində mübarizəni dayandırıb. Ruslan Lunyov isə yarışa qatılmayıb.



Geri dön