Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > Azərbaycan efirində görünməmiş realiti-şou başlayır — Cütlüklərin yarışı, çətin şərait, gərgin anlar – VİDEO

Azərbaycan efirində görünməmiş realiti-şou başlayır — Cütlüklərin yarışı, çətin şərait, gərgin anlar – VİDEO


15-05-2017, 13:45. Yazar: Xeberaz


Qırğına çıxan 2 aparıcı – Ülvira ilə Yeganə bu verilişdə bir araya gələcəklər.

ARB TV-də yeni layihəyə start verilir.
Bu gündən etibarən ARB TV-nin efirində “YARIMada” adlı realiti-şou yayımlanmağa başlayır. Tamaşaçılar Azərbaycan efirində ilk dəfə cütlüklərin iştirak edəcəyi realiti-şou izləyəcəklər. 
Verilişdə iştirak edən cütlüklər verilən tapşırıqları yerinə yetirməyə çalışacaq, çətin vəziyyətlərdən çıxış yolu axtaracaqlar. Tapışırıqları uğurla yerinə yetirən cütlük realiti-şounun qalibi və böyük mükafatın sahibi olacaq. 
Verilişin anonslarından realiti-şouda gərgin anların, qalmaqalların yaşanacağı bəlli olur. Anonslardan o da görünür ki, bir müddət əvvəl qalmaqal yaşayan 2 aparıcı – Ülvira Qarayeva və Yeganə Cansail bu verilişdə birlikdə aparıcılıq edəcəklər.
Qeyd edək ki, “YARIMada” realiti-şousu bu gündən etibarən, həftə içi 5 gün saat 21:00-da ARB TV-nin efirində yayımlanacaq.



Geri dön