Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > Azərbaycanlı bərbərdən qeyri-adi üsul: alovla saç kəsir - VİDEO

Azərbaycanlı bərbərdən qeyri-adi üsul: alovla saç kəsir - VİDEO


15-05-2017, 10:16. Yazar: Xeberaz




Bakıda bir bərbər insanların saçını formaya salarkən qəribə üsuldan istifadə edir.
Pünhan usta saçları spirtləyərək əməlli başlı alovlandırır. O, bunu şou xətrinə etmir.
 
Azərbaycanlı usta deyir ki, saçları alovlandırmaq onu düz hala salmaq üçün ən yaxşı vasitədir.
“Uzun saçları düz hala salmaq üçün çox vaxt kimyəvi maddələrdən istifadə edilir. Alov isə təbiidir, saçlara heç bir zərəri yoxdur”, - deyə usta bildirir.
Amma bu üsuldan hər kəsin istifadə etməsi məsləhət deyil. Çünki alova bəs edəcək qədər spirtin miqdarını bilmək, eyni zamanda alovun başdakı dərini yandırmaması üçün cəld davranmaq lazımdır.
Pünhan ustanın sözlərinə görə, o, öz işi ilə bağlı davamlı olaraq yeniliklər axtarır.(Xezerxeber.az)


 




Geri dön