Ana Sayfa > Karusel / Hadisə > Şəmkirdə qadın əri tərəfindən vəhşicəsinə döyüldü — Vəziyyəti ağıdır

Şəmkirdə qadın əri tərəfindən vəhşicəsinə döyüldü — Vəziyyəti ağıdır


14-05-2017, 15:30. Yazar: Xeberaz



Şəmkir rayonunun Kür qəsəbəsində qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.

Xəbəraz.az-ın report-a istinadən Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü qəsəbə sakini Elnur Quliyev həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Həsənovanı döyərək baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
Yaralı əvvəlcə yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına köçürülən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Şəmkir Rayon Polis şöbəsində araşdırma aparılır.
Geri dön