Ana Sayfa > Karusel / Şou-Biznes > Azərbaycanlı milyonçu aktrisanın əri ilə dalaşdı - STƏKAN ATDILAR

Azərbaycanlı milyonçu aktrisanın əri ilə dalaşdı - STƏKAN ATDILAR


14-05-2017, 13:57. Yazar: Xeberaz



Bir neçə gün öncə Türkiyədə “İstinye Park”da fransız restoranının açılışı zamanı dava düşüb.
Məlumata görə, açılış mərasiminə qatılanlar arasında aktrisa Nur Fettahoğlu ve əri Levent Veziroğlu da olub. Bundan başqa, açılışda məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimov da iştirak edib.
 
Əyləncəylə başlayan gecə xoşagəlməz şəkildə bitib. Qəzet yazır ki, Veziroğlu ilə Mənsimov arasında səbəbi bilinməyən gərginlik yaşanıb. Getdikcə mübahisə böyüyüb və qonaqların bir-birinə stəkan atmağı ilə sonlanıb. Qeyd edilir ki, davanı sakitləşdirmək üçün hətta araya digər qonaqlar giriblər. Bundan sonra hər iki məşhur mərasimi tərk edib.(qafqazinfo)




Geri dön