Ana Sayfa > Karusel / Gündəm / İdman > Rafael Ağayev İslamiadada qızıl medal qazanıb

Rafael Ağayev İslamiadada qızıl medal qazanıb


13-05-2017, 21:03. Yazar: Xeberaz


Azərbaycan karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenən (7:2) R.Ağayev yarımfinalda malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib. 
Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gəlib və inamlı qələbə qazanıb - 4:0.
Geri dön