Ana Sayfa > Karusel / Hadisə > Bakıda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb

Bakıda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb


13-05-2017, 16:18. Yazar: Xeberaz



Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
 
apa-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
 
Əməliyyat saat 12:04-də başa çatıb.



Geri dön