Ana Sayfa > Karusel / Hadisə > Bakıda gənc qız bıçaqlandı - 16 zərbə
Bakıda gənc qız bıçaqlandı - 16 zərbə13-05-2017, 10:44. Yazar: Xeberaz |
Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib. “Xəbəraz.az”ın report-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Geri dön |