Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > "100 min versələr..." - Mələkdən cazibədar fotosessiya
"100 min versələr..." - Mələkdən cazibədar fotosessiya11-05-2017, 17:10. Yazar: Xeberaz |
Aparıcı Mələk Heydərova yeni fotosessiyası etdirib. Aktrisa kimi də fəaliyyər göstərən Mələk bu yaxınlarda serialda rol alacaq. M.Heydərova bildirib ki, rejissor dostu Əbdül İsayevin sözünü yerə salmayıb: “Fotosessiya etdirməyi sevirəm. Ona görə düşündüm ki, maraqlı bir çəkiliş gerçəkləşdirim. Daha sonra seriala çəkilmək üçün təklif gəldi. Etiraf edim ki, serialda bu Mələkdən əsər-əlamət yoxdur. Daha çox ağlama səhnələri var. Amma düzü həmin səhnələrdə özüm ağlamıram. Məsələn, mənə 100 min versələr həqiqətən ağlayaram (gülür-red.). “İtirlimiş həyat” serialında iş qadını obrazındayam. Aktrisalıq mənim üçün sadəcə əyləncədir. Karyeramı aparıcılıq üzərində qururam”.(axsam.az) Geri dön |