Ana Sayfa > Karusel / Gündəm > Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq


11-05-2017, 13:06. Yazar: Xeberaz



Mayın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi əsəcək. 
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə  13-15° isti, gündüz  19-21° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz  19-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 
Geri dön