Ana Sayfa > Karusel / Şou-Biznes > Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB


11-05-2017, 11:08. Yazar: Xeberaz




Bir neçə gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən əməkdar artist Əjdər Həmidovun səhhəti normallaşıb.
 
1 saylı şəhər xəstəxanasının nevrologiya şöbəsində müalicə olunan aktyor dünən evə buraxılıb. Əjdər Həmidov  açıqlamasında bildirib ki, yaxın günlərdə teatra qayıtmaq niyyətindədir: "İndi evdəyəm, səhhətim normallaşıb. 12 gün xəstəxanada müalicə olundum. Mənə hər cür diqqəti göstərdilər. Xüsusi ilə xəstəxananın nevrologiya şöbəsinin müdiri Lalə Tağızadəyə minnətdarlıq edirəm. Ora gedəndə təzyiqim 260-a çatmışdı, insult olmaq həddində idim. Məni müalicə etdilər. Həm də tapşırıblar ki, özümü qoruyum. Amma teatrsız qala bilmirəm. Birisigün tamaşam var, istəyirəm səhnəyə çıxım".
 
*****
 
10:16
 
Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Əjdər Həmidov xəstəxanaya yerləşdirilib. O, yüksək təzyiq diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, Ə.Həmidovun insult keçirmək təhlükəsi var və ona lazımi tibbi yardım göstərilib.
 
Qeyd edək ki, Əjdər Həmidov 1953-cü ildə Şabran rayonunda anadan olub və Akademik Milli Dram Teatrının aktyorudur.(lent.az)





Geri dön