Ana Sayfa > Karusel / Gündəm / Texnologiya > Bakıda bu ərazilərdə pulsuz Wi-Fi-dan istifadə edə bilərsiniz

Bakıda bu ərazilərdə pulsuz Wi-Fi-dan istifadə edə bilərsiniz


10-05-2017, 14:17. Yazar: Xeberaz



"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Ağ Şəhər", "Sahil" parkı və Heydər Əliyev Mərkəzi parkının ərazisində Wi-Fi əhatə dairəsini genişləndirib.

Xəbəraz.az xəbər verir ki, bunu trend-ə İB-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nuranə Əliyeva deyib.
Onun sözlərinə görə, simsiz şəbəkənin genişləndirilməsi üzrə işlər "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Bu layihə hazırda Dənizkənarı Milli Park və İçərişəhər ərazisini əhatə edir.
Ödənişsiz şəbəkədən istifadə etmək üçün mobil telefonda "Baku loves you" şəbəkəsini seçmək lazımdır.
Geri dön