Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya / Təbriklər > Mədinə Məlik mükafat aldı – foto

Mədinə Məlik mükafat aldı – foto


10-05-2017, 11:15. Yazar: Xeberaz
 




Adı ilə bağlı olan bütün layihələrdə uğur qazanan azərbaycanın əsas prodüseri Mədinə Məlik “1001”i mükafatına layiq görülüb. Xəbəraz.az-ın məlumatına görə, dünən "1001"i mükafatlandırma mərasimi baş tutub. Rejissor Nail Naiboğlunun təşkil etdiyi gecədə bir çox tanınmış simalar iştirak edib. Gecədə ilin sevilən şou -biznes simaları mükafatlandırılıb. N.Naiboğlu sorğunun "Facebook" sosial şəbəkədə keçirildiyini bildirib: "Sosial şəbəkə istifadəçiləri ən çox bəyəndikləri simalarını seçdi. Biz də buna əsasən mükafatları təqdim etdik". Gecədə Mədinə Məlik "NN production" tərəfindən adıçəkilən mükafatla təltif edilib. Mükafatlandırma mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub. M.Məlikə mükafatı "Lider" telekanalının tanınmış aparıcısı İlahə Nizamiqızı təqdim edib.














Geri dön