Ana Sayfa > Karusel / Şou-Biznes > Diana Hacıyeva: "Ola bilsin hətta birinci yeri də tutdum"

Diana Hacıyeva: "Ola bilsin hətta birinci yeri də tutdum"


10-05-2017, 11:05. Yazar: Xeberaz



Azərbaycanı "Eurovision-2017" mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva APA-ya açıqlamasında finalda layiqli yer tutmaq üçün əlimdən gələni əsirgəməyəcəyini qeyd edib.

"Mən ölkəmizi "Eurovision-2017"-də təmsil etməkdən qürur hiss edirəm. Mən finala keçməyimdən çox şadam. Düşünürəm ki, hər şey olacağı kimi baş verib, çünki biz çox məşq etmişik və finala keçməyimizə əmin idik.

Mən komandam ilə finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilsin hətta birinci yeri də tutdum. Əziz dostlar, gəlin bir-birimizə dəstək olaq. Mən sizi çox sevirəm, dəstəyə görə hamınıza təşəkkür edirəm", - deyə Diana Hacıyeva bildirib.




Geri dön