Ana Sayfa > Karusel / İbadət > Cənazəni tabutun içində dəfn etmək olarmı?

Cənazəni tabutun içində dəfn etmək olarmı?


9-05-2017, 22:59. Yazar: Xeberaz

Cənazəni tabutun içində dəfn etmək günah deyil və bu cür dəfn batil sayılmır. Əhli-sünnə məzhəbinə görə bu, məkruh (bəyənilməz) əməldir. Şiə alimlərindən XIX əsrin məşhur fəqihi mərhum Şeyx Mühəmməd Həsən Nəcəfi İsfahani (Sahibi-Cəvahir) də cənazəni tabutda basdırmağı caiz, amma məkruh bilirdi ("Cəvahir əl-kəlam", cild 4, səh. 291).
Xəbəraz.az islam.az-a istinadən bildirir ki, müasir müctəhidlərdən Ayətullahül-üzma Sistani və Məkarim Şirazi bunun caizliyinə fətva vermişlər.
Amma burada mühüm şərt budur ki, cənazə tabutun içində dəfn olunsa belə, mütləq sağ böyrü üstə və üzü qibləyə olmaq şərti ilə qəbirə qoyulmalıdır.
Qeyd edək ki, cənazəni tabutda dəfn etmək icazəsi əsasən zərurət hallarına aiddir.
Geri dön