Ana Sayfa > Karusel / Gündəm > 32 dərəcə isti, külək - SABAH

32 dərəcə isti, külək - SABAH


9-05-2017, 13:24. Yazar: Xeberaz





Mayın 10-da Bakı  və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Axşam havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən 
verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə  14-16° isti, gündüz  27-29° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 13-18° isti, gündüz  27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.




Geri dön