Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt > Dünyanı lərzəyə gətirən FOTO - Göyərtəsində 300 sərnişin olan təyyarənin pilotu yatdı

Dünyanı lərzəyə gətirən FOTO - Göyərtəsində 300 sərnişin olan təyyarənin pilotu yatdı


9-05-2017, 13:21. Yazar: Xeberaz



Londona gedən təyyarənin pilotu üstünə yorğan çəkərək yuxulayıb. 
Sərnişinlərin çəkdiyi foto dünyada səs-küyə səbəb olub.
Pakistanın paytaxtı İslamabaddan İngiltərənin paytaxtı Londona uçan həmin təyyarədə 300 sərnişin olub.
Kapitan pilot Əmir Ahtar Haşmi təyyarə havaya qalxdıqdan qısa bir müddət sonra təyyarəni stajor pilota verərək kabinədən çıxıb. Bizness-klass hissədə üzərinə bir ədyal atan kapitan pilot təxminən iki saat yarım yatıb.
Yerli media hadisənin ortaya çıxmasıyla Pakistan Hava yolları Pilotlar Birliyinin PIA şirkətinin uçuşlarını təxirə saldığını bildirir. Bundan əlavə, 300 sərnişinin həyatını riskə atan pilot haqqında istintaq başladılıb.
Qeyd edək ki, Air France-a aid sərnişin təyyarəsi səkkiz il əvvəl Braziliyanın paytaxtı Rio-de-Janeyrodan Parisə uçarkən Atlantik okeanına düşmüşdü. 12 min metr hündürlükdə təyyarənin boşluğa düşdüyü həmin an kapitan pilot Mark Dubois və köməkçisi yuxuda olublarmış. (milli.az)


Geri dön