Ana Sayfa > Karusel / Hadisə > "Ferma" verilişinin iştirakçısı həkimi xəstəxanalıq etdi

"Ferma" verilişinin iştirakçısı həkimi xəstəxanalıq etdi


9-05-2017, 11:13. Yazar: Xeberaz





Şəki Mərkəzi Rayon Xəstəxanasında dava olub.
 
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, mayın 8-i axşam saatlarında Şəki Mərkəzi Rayon Xəstəxanasına müayinəyə gələn, 1990-cı il təvəllüdlü Mərdan Akif oğlu Mustafayev onu müayinə edən həkim, 1973-cü il təvəllüdlü Nəsrullah Ziyəddin oğlu Beydullayevi döyüb.
 
Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, döyülən həkim Nəsrullah Beydullayev xəstəxananın reanimasiya şöbəsinin həkimidir. Ona qapalı kəllə beyin travması, burun sümüyünün sınığı diaqnozu qoyulub.
 
Qeyd edək ki, həkimi döyən Mərdan Mustafayev “ARB” telekanalında yayımlanan “Ferma” verilişinin iştirakçısı olub.





Geri dön