Ana Sayfa > Karusel / Səhiyyə > QANAZLIĞInın əsas 10 simptomu

QANAZLIĞInın əsas 10 simptomu


8-05-2017, 22:38. Yazar: Xeberaz



Qanazlığı çox yayılmış pozulmadır. Bu pozulmanın əsas səbəbi orqanizmdə dəmir, fol turşusu və ya B12 vitamininin çatışmazlığıdır.
Qanazlığı daha tez-tez qadınlarda və uşaqlarda inkişaf edir.  Bu çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və aradan qaldırmaq lazımdır.
Qanazlığının simptomları arasında:
- iş qabiliyyətinin kəskin azalması
- zəiflik, yorğunluq
- yuxululuq
- əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi
- yaddaşın zəifləməsi
- başgicəllənməsi, bayılmalar (ağır hallarda)
- təngənəfəslik
- ürək döyünməsinin tezləşməsi
- dərinin, dırnaqların və saçların vəziyyətinin pisləşməsi  - dəri solğun, dırnaqlar kövrək olur, saçlar tökülür
- qeyri-adi dadlara və iyləri (benzinin, boyanın iyi, təbaşirin, farşın dadı və s.) meyilin artması.
Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.(saglamolun.az)


Geri dön