Ana Sayfa > Karusel / Hadisə > Sevgililərə hökm oxundu - 9 il cəza

Sevgililərə hökm oxundu - 9 il cəza


8-05-2017, 11:18. Yazar: Xeberaz
Sevgililərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən sevgililər - Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 
Hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub. 
Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. 
“Qeyd edək ki, F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manatlıq qızıl oğurlamaqda təqsirləndirilirlər.(qafqazinfo)
Geri dön