Ana Sayfa > Karusel / İdman > 10 qat çempion “Qarabağ”ın mümkün rəqibləri sırasında

10 qat çempion “Qarabağ”ın mümkün rəqibləri sırasında


8-05-2017, 11:11. Yazar: Xeberaz

Makedoniya çempionunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, “Vardar” mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.Evdə “Makedoniya”nı 6:0 hesabı ilə yenən Skopye təmsilçisi xallarını 75-ə çatdırıb. Bu qələbədən sonra “Şkendiya” ilə xal fərqini 13-də saxlayan “Vardar” çempionluğu rəsmiləşdirib.
 
Bu, skopyelilərin ardıcıl 3-cü, ümumilikdə 10-cu çempionluğudu.
 Qeyd edək ki, Çempionlar Liqasına vəsiqə qazanan Makedoniya təmsilçisi II təsnifat mərhələsində səpələnməmişlərdən olacaq. Bu isə o deməkdi ki, “Vardar” Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibidi.


Geri dön