Ana Sayfa > Karusel / Hadisə > Bakıda it 3 yaşlı uşağın qulağını qopardı

Bakıda it 3 yaşlı uşağın qulağını qopardı


8-05-2017, 10:33. Yazar: Xeberaz



Bakıda 3 yaşlı uşağın qulağını it dişləyərək qoparıb.

Xəbəraz.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Binəqədi qəsəbəsinə qonaqlıq məclisinə gedən ailə azyaşlı övladı, 2014-cü il təvəllüdlü Babayeva Fəridə Fərid qızını həyətdə nəzarətsiz qoyub. Bu zaman həyətdəki it F. Babayevanın qulağını dişləyərək qoparıb.
Azyaşlı təcili xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. F.Babayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Geri dön