Ana Sayfa > Karusel / Şou-Biznes / Məşhurların Taleyi > "Fuaddan boşanmağıma peşman deyiləm" - Sevinc

"Fuaddan boşanmağıma peşman deyiləm" - Sevinc


7-05-2017, 15:26. Yazar: Xeberaz





Rejissor Fuad Əlişovdan boşanan aktrisa Sevinc Əliyeva şəxsi həyatından danışıb. 

Aktrisa "Lider maqazin"ə açıqlamasında bildirib ki, F.Əlişovla boşanmasına peşman deyil:

"Hər şey əladır, övladlarımla yaşayıram. Bütün vaxtımı onlara sərf edirəm. Hər bir ana balalarının xoşbəxtliyini görəndə sevinir. Fuadla düşmən deyilik. Amma boşanmağıma da, onunla ailə qurmağıma da peşman deyiləm. Bir-birimizi görəndə üz çevirmirik. Xoş münasibətimiz var. Balalarımızın xətrinə biz ömür boyu görüşəcəyik. Ayrılmışıqsa demək, qismət belə imiş. Barışmaq düşünmürük, yenidən o yolu qayıtmaq lazım deyil. Başqası ilə də ailə qurmaram. Ailə qurmaq o demək deyil ki, uşaqlarını istəmirsən. Sadəcə qadın xoşbəxt olmalıdır. On ildən sonra 40 yaşım olacaq, nə vaxt ailə qurum?".






Geri dön