Ana Sayfa > Karusel / Gündəm > Bu gündən rayonlardan Bakıya gələn avtomobillərə qadağa qoyuldu

Bu gündən rayonlardan Bakıya gələn avtomobillərə qadağa qoyuldu


5-05-2017, 12:01. Yazar: Xeberaz


Bu gündən mayın 25-nə kimi bölgə dövlət nömrə nişanlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılır.

Xəbəraz.az-ın məlumatına görə, bu barədə BakiPosta Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
O bildirib ki, rayonlardan gələn bölgə dövlət nömrə nişanlı avtomobil sürücülərinin şimal və cənub tərəfdə yaradılmış şəraitdən istifadə etmələri üçün şərait yaradılacaq: 
“Sürücülər avtomobillərini Bakının şimal və cənub girişlərində yaradılacaq xüsusi dayanacaqlarda saxlayaraq başqa nəqliyyat vasitəsindən istifadə edə biləcəklər”. 
Vaqif Əsədov islam oyunları ərəfəsində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini tövsiyə edib.
Geri dön