Ana Sayfa > Karusel / M2 / Texnologiya > Facebook-da canlı yayımda qətl olmayacaq

Facebook-da canlı yayımda qətl olmayacaq


5-05-2017, 11:27. Yazar: Xeberaz




Facebook sosial şəbəkəsi aqressiv paylaşımlarla və zorakılıq səhnələrinin yayımıyla mübarizə aparmaq üçün əlavə 3 min insanı işə götürəcək.
Bunu sosial şəbəkənin yaradıcısı və sahibi Mark Zukerberq bəyan edib.
Zukerberq Facebook-da canlı yayım zamanı özünə və digərlərinə ziyan vuran insanları seyr etməyin "ürəkyandıran" olduğunu qeyd edib.
O, həmçinin əməkdaşların hadisəyə vaxtında reaksiya verməsi və lazım gəldiyində hüquq-mühafizə orqanlarına müraciət etməsi üçün sosial şəbəkənin şikayət mexanizminin sadələşdiriləcəyini qeyd edib.
"Ötən həftə biz canlı yayımda kiminsə intihar edəcəyi barədə məlumat aldıq. Dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq və intiharın qarşısı alındı",  - Zukerberq profilində yazıb.
Sosial şəbəkənin bu addımı atmasına səbəb canlı yayımda intihar və qətl hadisələrinin baş verməsi hallarıdır. Ötən ay Facebook-da bir kişi canlı yayımda qətlə yetirilib.
Taylandda isə bir kişi kiçik qızını və daha sonra özünü necə öldürdüyünü Facebook Live vasitəsilə canlı yayımlamışdı.


Geri dön