Ana Sayfa > Karusel / Səhiyyə > Qanamanı 10 saniyədə dayandıran ÜSUL

Qanamanı 10 saniyədə dayandıran ÜSUL


5-05-2017, 11:22. Yazar: Xeberaz







Mətbəxdə yemək hazırlayarkən, ət doğrayarkən, yaxud digər işlər zamanı kiçik qəzalar qaçılmazdır.
Bir yerimiz kəsildikdə ilk olaraq neynirik? Dərhal kəsilən yeri əlimizlə sıxırıq. Bəzən qanamanı dayandırmaq düşündüyümüz kimi asan olmur.
Ailem.az evdə təbii və sadə üsulla rəfinizdə olan ədviyyatla qanamanı 10 saniyədə dayandırmağın üsulunu təqdim edir.
 
Qanamanın baş verdiyi açıq yaranı ilk növbədə təmiz bezlə təmizləyin. Daha sonra üzərinə toz halında olan istiot tökün. Bol miqdarda tökdükdən 10-12 saniyə sonra qanamanın azaldığını fərq edəcəksiniz. İstiot eyni zamanda, antibakterial xüsusiyyəti sayəsində mikroba yoluxmanın da qarşısını alır.
 
Britaniyada aparılan araşdırmaya görə, bibərə acılıq verən tərkibindəki kapsaisin maddəsi ağrını da azaldır. Kapsaisin bunu beyinə ağrı siqnalını yollayan peptid hormonunun ifraz olunmasını azaldaraq, yerinə yetirir.
 
Qeyd: Bu üsulu tətbiq etməzdən əvvəl allergik vəziyyətin yaranıb-yaranmamasına qarşı mütəxəssisdən tövsiyə alın.


 




 
Geri dön