Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda sürücü qadın zəncirvari yol qəzasına səbəb oldu - YENİLƏNİB - VİDEO

Bakıda sürücü qadın zəncirvari yol qəzasına səbəb oldu - YENİLƏNİB - VİDEO


5-05-2017, 11:02. Yazar: Xeberaz

 

#HADİSƏ#QƏZA
10:18
Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Xəbəraz.az report-a istinadən xəbər verir ki, hadisəyə "Mercedes" markalı avtomobilin sükanı arxasında olan Elnarə Məmmədovanın ara məsafəsi saxlamaması səbəb olub.
Belə ki, Azadlıq prospektində hərəkətdə olan "QAZ-3110" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında qəfil əyləci basıb. Onun arxasınca gələn, Yusifov Rövşən adlı sürücünün idarə etdiyi "Daewoo" markalı "taxi" də zamanında əyləcdən istifadə edə bilib. Ancaq sonda gələn E.Məmmədova idarəetməni itirərək "Mercedes"lə qarşıdakı iki avtomobilə çırpılıb.
Qəza nəticəsində hər üç maşına ciddi ziyan dəyib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.
-----------
08:49
Bakıda zəncirvari yol qəzası baş verib.
Xəbəraz.az APA-ya istinadən xəbər verir ki, qəza paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Azadlıq prospektində "Qaz - 3110", "Daewoo"  və "Mercedes" markalı avtomobillər toqquşub. İlkin versiyaya görə, qəzaya səbəb "Mercedes" olub. Belə ki,  ara məsafəsi saxlamayan "Mercedes" qarşıda işıqforun qırmızı işığında dayanan Daewoo ilə toqquşub, sonuncu isə zərbənin gücündən qarşıdakı "Qaz - 3110"-a çırpılıb.
Xəsarət alan olmayıb.
Araşdırma aparılır.


 


Geri dön