Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > "Ledi Qaqa da özünü Elzaya oxşadır?" - Cəmilə

"Ledi Qaqa da özünü Elzaya oxşadır?" - Cəmilə


4-05-2017, 17:01. Yazar: Xeberaz

"Ledi Qaqa da özünü Elzaya oxşadır?" -  Cəmilə



Aktrisa Cəmilə Tağızadə qatıldığı qala gecədə yenə də makiyajı ilə diqqət çəkib.
Son vaxtlar aktrisanın qeyri-adi makiyaj etdirməsi yeni söz-söhbətlərə səbəb olub. Sosial şəbəkələrdə Cəmilənin özünü əməkdar artist Elza Seyidcahana bənzətməsi müzakirə edilib. 
Əməkdaşımızla söhbətində C.Tağızadə bu iddialara cavab verib:
“Elzaya niyə bənzəyim ki? Mənimki Elza stili deyil. Ona qalsa, Ledi Qaqa var. Belə çıxır o da özünü Elza xanıma oxşadır? Elza fərqli ifaçıdır, bəstəkardır, mənim onunla müqayisə olunacaq işim yoxdur. Eyni sahədə olsaq da, mən fərqliyəm. Sadəcə makiyajımda dodaq boyalarım fərqlidir. Geyimlərim adi standart paltarlardır. Gələcəkdə bu fərqliliyi geyimlərimdə də edəcəm. Hər şey ola bilər. Bəlkə elə öz filmimin qalasında paltarımla partlayış etdim. Qala oktyabrda baş tutacaq. O günə qədər isə ancaq makiyajla diqqət çəkəcəm".(axsam.az)





Geri dön