Ana Sayfa > Karusel / İdman > FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb


4-05-2017, 13:43. Yazar: Xeberaz



FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlanıb. Siyahıda ciddi dəyişiklik olmayıb. Belə ki, ötən ay milli komandalar, demək olar ki, rəsmi oyun keçirməyiblər. Reytinqdə Malavi 13 pilləlik eniş, Sent-Vinsent və Qrenadini 8 addımlıq yüksəlişə imza atıb. Madaqaskarın 8, Sudanın 3 pillə gerilədiyi siyahıda Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Son 28 gün ərzində heç bir matça çıxmayan Azərbaycan millisi 386 xala malikdir. Robert Prosineçkinin yetirmələri 87-ci pillədə qalıb. Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində heç bir dəyişiklik qeydə alınmayıb.
Geri dön