Ana Sayfa > Karusel / Hadisə > Ər arvadını baltaladı-Ucarda

Ər arvadını baltaladı-Ucarda


4-05-2017, 12:52. Yazar: Xeberaz



Ucar sakini həyat yoldaşını baltalayıb.
 
apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Qaracallı kəndində baş verib.
 
Kənd sakini, 1956-cı il təvəllüdlü Məhərrəm Mahmudov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1966-cı il təvəllüdlü Şamama Mahmudovanın başına balta ilə ağır xəsarət yetirib. Ş. Mahmudova Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, M. Mahmudov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.  
Geri dön