Ana Sayfa > Karusel / Gündəm > Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq

Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq


4-05-2017, 12:46. Yazar: Xeberaz


Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal küləyi əsəcək .
Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-25° isti, Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir



Geri dön