Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 > Araz Ağalarov qızı barədə: "Təəssüf ki, biz də hərdən səhv edirik" (FOTO)

Araz Ağalarov qızı barədə: "Təəssüf ki, biz də hərdən səhv edirik" (FOTO)


22-06-2015, 16:36. Yazar: Xeberaz
Araz Ağalarov qızı barədə: "Təəssüf ki, biz də hərdən səhv edirik" (FOTO)
Azərbaycanlı milyarder qızı haqqında maraqlı açıqlamalar edib.

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov qızı Şeyladan söz açıb.

Xeberaz.az xəbər verir ANS PRESS-in məlumatına görə, "Crocus Group"un prezidenti "Vedomosti" qəzetinə müsahibəsində qızı ilə bağlı maraqlı açıqlamalar verib.

"Şeyla ABŞ-da universitet bitirib, geyim dəbi üzrə dizayner mütəxəssisidir. Qızım çox məsuliyyətlidir. "Chanel"in lüks "Neiman Marcus" butikində işləyirdi. Əgər anası işə yanına gedirdisə, belə deyirdi: "Mən işdəyəm, ya bir şey al, ya da məni işimdən ayırma". İndi öz biznesinə başlamağa cəhd edir. Gənclər üçün çox da baha olmayan yeni zərgərlik məmulatları yaradır. 50 - 100 ədədlik kiçik seriya buraxmağı planlaşdırır. Mən ona təklif etdim – gəl hər dəstdən 1000 ədəd buraxaq və mən hamısını alacam. Razılaşmadı. Mənim uşaqlarım sərbəstdirlər, müdaxiləmi qəbul etmirlər".

Araz Ağalarov qızının ABŞ-da yaşamasında haradasa özünü günahlandırıb. Bunu Şeylanı Amerikaya təhsil almaq üçün göndərməsi ilə əlaqələndirib:

"Neyləmək olar. Təəssüf olsun ki, biz də hərdən səhv edirik. Digər tərəfdən də, bu onun seçimidir. Ola bilsin orada yaşamaq ona daha yaxşıdır. Şeyla Nyu-Yorkda yaşayır və bizə "sizdə qaranlıqdır" deyir".
Geri dön