Ana Sayfa > Karusel / İdman > Avropa çempionatının ilk günü: 2 qızıl medal – YENİLƏNİB

Avropa çempionatının ilk günü: 2 qızıl medal – YENİLƏNİB


2-05-2017, 23:39. Yazar: Xeberaz
Avropa çempionatının ilk günü: 2 qızıl medal – YENİLƏNİB

Serbiyanın Novı Sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatında Giorgi Edişeraşvili (57 kq) Azərbaycana ikinci qızıl medalı qazandırıb.

O, finalda Rumıniya idmançısı Andrei Dukovdan 9:0 hesabı ilə üstün olub.

Bu 29 yaşlı Edişeraşvilinin ilk böyük uğurudur.

22:42

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.

İk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb.

Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məğlub edən Mariya finala yüksəlib.

Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.
Geri dön