Ana Sayfa > Karusel / Siyasət / Dünya > Əsəd SSRİ-nin kimyəvi bombalarından istifadə edib – ŞOK İDDİA

Əsəd SSRİ-nin kimyəvi bombalarından istifadə edib – ŞOK İDDİA


2-05-2017, 17:44. Yazar: Xeberaz
Əsəd SSRİ-nin kimyəvi bombalarından istifadə edib – ŞOK İDDİA

Suriyanın İdlib vilayətində SSRİ istehsalı olan kimyəvi bombalardan istifadə olunduğu ehtimal edilir.
Bu haqda “Human Rights Watch” təşkilatı bildirib.
Kimyəvi silah hücumunun edildiyi Xan-Şeyxun şəhərində aparılan araşdırmalar, şəkillər və videoyazıların müəlliflərinin məlumatına görə, sovet istehsalı olan aviasiya bombalarından istifadə olunduğu ehtimal edilir. Bu bombalar xüsusi olaraq zarin qazının çatdırılması üçün hazırlanıb.
Təşkilatın məlumatına görə, söhbət XAB-250 və XAB-500 bombalarından gedir.
Xatırladaq ki, Suriyada kimyəvi silah hücumu aprelin 4-də edilib. Nəticədə 80-dən çox insan ölüb, təxminən 400 nəfər zəhərlənib.
Geri dön