Ana Sayfa > Karusel / Maraqlı / M2 > Deputatdan müğənnilərə ittiham: Niyə öz bölgənin adamları sənə görə xəcalət çəkməlidirlər?

Deputatdan müğənnilərə ittiham: Niyə öz bölgənin adamları sənə görə xəcalət çəkməlidirlər?


2-05-2017, 11:38. Yazar: Xeberaz
Deputatdan müğənnilərə ittiham: Niyə öz bölgənin adamları sənə görə xəcalət çəkməlidirlər?

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədə yazıb.

Əlimdə imkan olsaydı bir çox peşə sahiblərinə, ələxüsus da , müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım. Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun. İşdir, əgər bunsuz keçinmək ölüm-dirim məsələsidirsə, o zaman davranışlarınızda daha ciddi, təmkinli, ədəbli olmağa xüsusi diqqət yetirin. Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?
Geri dön