Ana Sayfa > Karusel / M2 / Fotogalereya > Azərbaycanı bu qız təmsil edəcək

Azərbaycanı bu qız təmsil edəcək


22-06-2015, 14:21. Yazar: Xeberaz
Azərbaycanı bu qız təmsil edəcək
Filippində “Supermodel İnternational-2016” beynəlxalq model müsabiqəsinin dünya finalı keçiriləcək. Bu barədə Lent.az-a “World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev məlumat verib. O bildirib ki, gələn il həmin yarışda ölkəmizi 17 yaşlı Nərgiz Nəsrullayeva təmsil edəcək: ““Supermodel İnternational-2016”a qatılan 17 yaşlı modelimiz Nərgiz Nəsrullayeva üzümüzə gələn il noyabr 11-də ölkəmizi təmsil etmək üçün Filippinə yola düşəcək. Müsabiqəyə dünyanın 100-ə yaxın ölkəsindən qızlar qatılacaq. Hazırda Nərgiz müsabiqəyə hazırlıq mərhələsindədir, təcrübəli stilistlərlə, model treynerlərlə və fotoqraflarla çalışır”.

Qeyd edək ki, müsabiqə 2000-ci ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilir.






Geri dön