Ana Sayfa > Karusel / Hadisə > Bakıda tələbə qızlar arasında dava: 1 yaralı

Bakıda tələbə qızlar arasında dava: 1 yaralı


2-05-2017, 10:34. Yazar: Xeberaz
Bakıda tələbə qızlar arasında dava: 1 yaralı


Bakıda ali məktəbdə tələbə qızlar arasında dava olub.

"Xəbəraz.az "-ın "Report"a istinadən məlumatına görə, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında qeydə alınıb.

Belə ki, 19 yaşlı tələbə Babayeva Səma Tahir qızı tələbə yoldaşı ilə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava olub və S.Babayeva döyülərək üz nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Geri dön