Ana Sayfa > Karusel / İdman > 10 ildən sonra Premyer Liqanı tərk etdilər

10 ildən sonra Premyer Liqanı tərk etdilər


29-04-2017, 22:33. Yazar: Xeberaz
10 ildən sonra Premyer Liqanı tərk etdilər

İngiltərə Premyer Liqasını tərk edən ilk komanda müəyyənləşib.

Ölkə çempionatının 34-cü turunda doğma meydanda "Bornmut"a uduzan Devid Moyesin komandasının son 4 turun nəticəsindən asılı olmayaraq yarışı son 3 pillədən birində başa vuracağı dəqiqləşib. Bununla da "Sanderlend" 10 ildən sonra elita ilə vidalaşıb.

Qeyd edək ki, "Sanderlend" hazırda 21 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Əlavə edək ki, Premyer Liqanı son 3 pillədə başa vuran komandalar çempionşipə düşür.
Geri dön