Ana Sayfa > Karusel / Hadisə > İmişlidə avtomobil aşdı — ər-arvad yaralandı

İmişlidə avtomobil aşdı — ər-arvad yaralandı


29-04-2017, 22:27. Yazar: Xeberaz
İmişlidə avtomobil aşdı — ər-arvad yaralandı

İmişlidə baş verən qəzada ər və arvad xəsarət alıb.

Saat 17.00 radələrində İmişli rayonunun Qaradonlu-Məzrəli yolunda avtomobilin aşması nəticəsində ər və arvad xəsarət alıb. İmişli sakinləri, avtomobilin sürücüsü 1939-cu il təvəllüdlü Nəsirov Ərzuman Əliş oğlu (kəllə-beyin travması) və onun həyat yoldaşı Nəsirova Tamilla Əliş qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli polis şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
Geri dön