Ana Sayfa > Karusel / Hadisə > 18 yaşlı qız sirkə turşusundan zəhərləndi

18 yaşlı qız sirkə turşusundan zəhərləndi


29-04-2017, 17:58. Yazar: Xeberaz
18 yaşlı qız sirkə turşusundan zəhərləndi

Ağsu rayon sakini sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ağsu şəhər sakini, 1999-cu il təvəllüdlü Bəkirova Fəridə Fuad qızı yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.

Valideynləri hadisədən tez xəbər tutduğu üçün onu təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. 18 yaşlı qız xilas olunub.

Fəridə Bəkirova izahatında bildirib ki, o, soyuducudakı sirkə turşusunun su olduğunu düşünərək içib.

Qızın intihara cəhd etdiyi ehtimal olunur. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Geri dön